"Mercedes" "Formula 1" üzrə Azərbaycan Qran Prisinin qalibi ilə yeni müqavilə imzalayıb
19 İyul 2018 17:28 İdman"Formula 1" üzrə dünya çempionatının iştirakçısı olan Almaniyanın "Mercedes" komandası Lüis Hemiltonla müqavilənin müddətini uzadıb.
33 yaşlı britaniyalı pilotla 2020-ci ilə qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Hemilton 2017-ci ildən "Formula 1" yarışlarında iştirak edir. Dördqat dünya çempionu olan pilot bunlardan üçünə 2013-cü ildə keçdiyi "Mercedes"lə nail olub. O, daha əvvəl "Maklaren"lə də birinci yeri tutub.
Qeyd edək ki, "Formula 1" üzrə 2018-ci il Azərbaycan Qran Prisinin qalibi olan tanınmış pilot hazırda ikinci sıradadır. O, "Ferrari"dəki həmkarı Sebastyan Fetteldən geri qalır.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31