Ronaldo otel işçilərinə 20 min bəxşiş verdi
“Yuventus”un hücumçusu Kristiano Ronaldo Yunanıstanın “Kosta-Navarino” otelinin işçilərinə 17850 funt (təxminən 19.6 min avro) bəxşiş verib.
19 İyul 2018 14:53 İdman"Yuventus"un hücumçusu Kristiano Ronaldo Yunanıstanın "Kosta-Navarino" otelinin işçilərinə 17850 funt (təxminən 19.6 min avro) bəxşiş verib.
Bu barədə "San" nəşri yazıb.
Məlumata görə, Turin klubu ilə danışıqlar üçün Yunanıstana gələn futbolçu istirahət mərkəzindəki xidmətdən çox təəccüblənib. "Yuventus"un nümayəndələri otel rəhbərliyindən sözügedən məbləği bütün işçilər arasında bərabər bölüşdürməsini istəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31