Dünyanın ən varlı idman klubunun adı açıqlandı
19 İyul 2018 13:13 İdmanDünyanın ən varlı idman klubunun adı açıqlanıb.Bu ada "Dallas Kovboys" layiq görülüb.
Qeyd edək ki, bu idman klubu artıq ardıcıl olaraq 3-cü dəfədir ki, ən varlı idman klubu adını qazanır. Klubun dəyəri 4,8 milyard dollar təşkil edir.
"Forbes" jurnalının hazırladığı ən varlı idman klublarının reytinqində növbəti yerləri müvafiq olaraq "Mançester Yunayted" (dəyəri 4,1 milyard dollar) və "Real" (dəyəri 4,09 milyard dollar) tutub.
Dördüncü yerdə isə dəyəri 4,06 milyard dollar təşkil edən "Barselona" klubu qərarlaşıb.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31