“Qarabağ” cavab oyununa çıxır

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununa çıxır. 

Qurban Qurbanovun komandası öz meydanında Sloveniya çempionu "Olimpiya"nı qəbul edəcək. Səfərdə 1:0 hesablı qələbə qazanan Ağdam klubu heç-heçə sayəsində belə, mərhələ adlayacaq. 

"Qarabağ" doğma divarlar arasında üstünlüyünü əldən verməsə, ikinci təsnifat mərhələsində Albaniya çempionu "Kukesi" ilə üz-üzə gələcək. 

18 iyul 

Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunu

21:00. "Qarabağ" (Azərbaycan) - "Olimpiya" (Sloveniya)
İlk oyun:
 1:0
Baş hakim: Erez Papir (İsrail)
Bakı. Tofiq Bəhramov adına respublika stadionu

Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31