Bakıda “II Beynəlxalq Həmrəylik Tennis Çempionatı” keçiriləcək

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının irsini yaşatmaq və inkişaf etdirmək üçün İslam ölkələri arasında idman əməkdaşlığını möhkəmləndirilməsi və Olimpiya dəyərlərinin təşviqi məqsədi ilə 19 aprel tarixində İslam Həmrəyliyi İdman Federasiyası və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi arasında anlaşma memorandumu imzalanıb.  Bu əməkdaşlıq çərçivəsində 23 - 27 iyul 2018-ci il tarixlərində Bakı şəhəri "II Beynəlxalq Həmrəylik Tennis Çempionatı"na ev sahibliyi edəcək.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, çempionatda iştirak etmək üçün Bakı şəhərinə 15-dən artıq ölkədən 100 nəfərə qədər idmançı, məşqçi və rəsmilərin gəlişi gözlənilir. Məlumat üçün bildirək ki, "II Beynəlxalq Həmrəylik Tennis Çempionatı" həm də 2019-cu ildə Bakı şəhərində təşkil ediləcək XV  Yeniyetmələrin Avropa Festivalının ilk test yarışıdır. 

Rəsmi açılış mərasimində İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Mohammed Saleh Al-Garnas, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və digər rəsmilər iştirak edəcək.

Açılış mərasimi iyulun 23-də Bakı Tennis Akademiyasında baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31