Finalçılar qazandıqları mükafatı uşaq fonduna bağışlayacaq
18 İyul 2018 16:25 İdmanXorvatiya millisinin futbolçuları və məşqçiləri "DÇ-2018"də qazandığı mükafatı Uşaq Fonduna bağışlayacaq.
Olaylar.az xəbər verir ki, komandanın baş məşqçisi Zlatko Daliç sosial şəbəkə hesabında fikirlərlərini bu cür ifadə edib: "Xorvatiya geniş sahil xəttinə malikdir. Lakin ölkəmizdə elə uşaqlar vardır ki, dənizi heç görməyiblər. Bütün futbolçular və məşqçilər "DÇ-2018"də qazandığımız pul mükafatını Uşaq Fonduna bağışlamağa qərar verdik. Beləliklə, demək olar ki, hər bir uşaq dəniz sahilində yaxşı vaxt keçirə biləcək".
Qeyd edək ki, Xorvatiya millisi "DÇ-2018"in final oyununda Fransaya məğlub olaraq Dünya ikincisi adını qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31