"Real Madrid" Dünya üçüncüsünü transfer etdi
18 İyul 2018 16:04 İdmanReal Madrid "Çelsi"nin belçikalı qapıçısı Tibo Kurtuanı transfer edib.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, tranferin qarşılığında "kral klubu" "zadəganlar"a 35 milyon avro ödəyəcək.
Belçikalı ulduzun tibbi müayinələr üçün İspaniyada olduğu bildirilib.
Qeyd edək ki, Real Madridin Çelsinin daha bir belçikalı ulduz futbolçusu Eden Hazardı komandaya transfer edəcəyi iddia edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31