Yuventus klubu "Real Madrid"dən 105 milyon avro qarşılığında transfer etdiyi Kriştiano Ronaldonu mətbuata təqdim edib.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, portuqaliyalı ulduz "Yuventus" ilə 4 illik müqavilə imzalayıb.
Ronaldo imzalama mərasimində Yuventusun tarixinə keçmək istədiyini bu klubun onun karyerasında yeni səhifə və yeni fürsət olduğunu bildirib.