Xorvatiyanı 500 mindən çox insan qarşıladı - VİDEO, FOTOLAR

 

DÇ-2018-in ikincisi Xorvatiya millisi ölkəsində böyük coşqu ilə qarşılanıb.

Qol.az-ın xarici  KİV-lərə istinadən yaydığı xəbərə görə, yığma hava limanından avtobusla Bana Yosipa Elaçiç meydanındakı mərasimə azarkeşlərin sıxlığı səbəbindən 5 saata çata bilib. Millinin futbolçularını qarşılamaq üçün 500 mindən çox insan meydana toplaşıb.

Qeyd edək ki, Xorvatiya tarixində ilk dəfə olaraq dünya çempionatının gümüş mükafatını qazanıb. Yığma finalda Fransaya 2:4 hesabı ilə uduzub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31