Bitdi... DÇ yekunları

Rusiya çox yaxşı təşkil olunmuş dünya çempionatı keçirdi, 2022-ci ildə Qətər mundialı noyabr və dekabr aylarında baş tutacaq

Bitdi... Rusiyanın çox yaxşı bir dünya çempionatı keçirdiyi şübhəsizdir. Rusiya kimi avtoritar ölkələrdə bu cür çempionatlar keçirmək alınır. Çünki çempionat həm də o dövlətlərin hakimiyyətinin  əzik imicinin düzəldilməsinə xidmət edir. Putin bu təbliğatdan özünü qıraq saxlamağa çalışdı, Rusiya milli komandasının "pley-off" oyunlarına baş naziri göndərdi. Amma aydın idi ki, bu çempionat, güclənmiş Rusiya komandası həm də hakimiyyətin imici üçün lazım idi. Rusiya bu işi bacardı. Bir azarkeşin burnu belə qanamadan çempionat sona çatdı. Putin və onun komandası alqışları haqq edir...

***

Futbol üzrə XXI dünya çempionatı bol qollu bir oyunla sona çatdı. Xorvatiya bütün optimist proqnozlara rəğmən Fransa millisinə uduzdu. Xorvatiya öz qapısına iki top vurdu. Qrizmannın vurduğu topa başını verən Mandzukiç, heç ehtiyac olmadığı halda topu əli ilə meydandan çıxaran Perişiçin "haqq etdiyi" penalti olmasaydı, oyun başqa səmtə yönələ bilər. Pis təsadüfə bax ki, sən demə, Mandzukiç dünya çempionatının finalında ilk avtoqol müəllifi olub. İndiyə kimi dünya çempionatının finallarında heç kim avtoqolla yadda qalmamışdı. Mandzukiç əla futbolçudur, amma təəssüf ki, finalda başına bu iş gəldi...

Xorvatlar Fransanı yaxşı sıxmışdı və bu oyunda qalib də gələ bilərdilər. İkinci hissədə Fransa düşən fürsəti dəyərləndirdi və bütün çempionat ərzində ən zəif oyununu göstərən Subaşıçin səhvləri öz işini gördü. 1:4-dən sonra mən kanalı dəyişdim və bundan sonra baş verənlərə baxmadım. Fransanın sevinməsini, xorvatların üzülməsini görmək istəmədim...

Fransa millisinin baş məşqçisi Didye Deşam tarixə düşdü.  1998-cı ildə Fransa millisi ilə futbolçu kimi dünya çempionatının kubokunu qazanan 49 yaşlı mütəxəssis DÇ-2018-də məşqçi olaraq da bu uğura nail olub. Deşam braziliyalı Mario Zaqallo və almaniyalı  Frans Bekkenbauer kimi həm futbolçu, həm məşqçi kimi mundialın kubokunu qazanaraq   adını tarixə yazdırdı. Didye Deşam nəticə barədə ədalətli danışıb. "Fransa əla oyun sərgiləməsə də, psixoloji cəhətdən rəqibləri üstələdik. Böyük nəticə qazandıq. İndi sevinmək zamanıdır" deyə, o bildirib. 

***

Modrich ile ilgili görsel sonucu

"Qızıl top" Modriçin haqqı idi

DÇ-2018-in ən yaxşıları sırasında Xorvatiyanın yarımmüdafiəçisi Luka Modriçin adının ilk sırada ola biləcəyini onun və komandası haqda yazılarda qeyd etmişdik. Modriç bu çempionatda cəmi bir top və qolla nəticələnən ötürmə etsə də, onun "Qızıl top" alması ədalətli idi. Onun ayaqları doğrudan da "qızıl" kimi idi, ötürmələri, meydanda gördüyü fiziki iş və sair.      

Turnirin ən yaxşı qapıçısı adamın belçikalı  Tibo Kurtua verilməsi də ədalət qərar oldu. Onun xüsusilə Braziliya ilə 1\4-də çıxardığı toplar nəyə desən dəyərdi. "Bu, qapıçının futbolda qazana biləcəyi ən ali mükafatlardan biridir. Bu mükafatı qazandığım üçün fəxr edirəm" deyə, Kurtua bildirib. 

Kylian Mbappe ile ilgili görsel sonucu

Kilian Mbappe isə çempionatın ən yaxşı gənc futbolçusu adına layiq görülüb. Kilian Sanqmu Mbappe Lott  20 dekabr 1998-ci ildə Bondidə doğulub. Atası Vilfried Kamerundan gəlmə miqrantdır. O,  "Bondi" klubunun futbol məktəbində məşqçi vəzifəsində çalışıb. Anası isə əlcəzairli miqrantların ailəsində dünyaya gəlib. O da peşəkar həndbolçu olub. 

Atasının maddi dəstəyi ilə Kilian ölkənin ən yaxşı futbol akademiyalarından birində məşq edib.

Mbappa on üç yaşına çatdıqdan onu "Real Madrid"ə müvafiq yaş qrupundakı komandaya cəlb etmək istəyiblər. Amma Kilianın atası onun  İspaniyaya köçməsinə razılıq verməyib. İki il sonra on beş yaşlı Mbappa ilk professional müqaviləsini "Monako" klubu ilə imzalayıb. PSJ-də oynayan Mbappenin çempionat bitən kimi adı ətrafında artıq xeyli informasiyalar yayılıb.  "Real"la keçəcəyi deyilən Mbappe Paris klubunda qalacağını deyib: "PSJ-dən ayrılmayacam. "Hələlik karyeramın başındayam".

Rəmzi komandada kimlər var?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) başa çatan DÇ-2018-in rəmzi komandasını açıqlayıb. Heyətə baxaq :

Qapıçı: Tibo Kurtua (Belçika)

Müdafiəçilər: Tomas Menye (Belçika), Tiaqo Silva (Braziliya), Rafael Varan (Fransa), Yerri Mina (Kolumbiya)

Yarımmüdafiəçilər: N'qolo Kante (Fransa), Luka Modriç (Xorvatiya), Pol Poqba (Fransa)

Hücumçular: Killian Mbappe (Fransa), Eden Hazard (Belçika), Antuan Qrizmann (Fransa)

Baş məşqçi: Didye Deşam (Fransa)

İspaniya dç 2018 ile ilgili görsel sonucu

Yada düşən İspaniya 

Dünya çempionatının yekununda mükafatçılar arasında İspaniya millisi də var. Çempionatda uğurlu  çıxış etməyən və 1\8-də Rusiyaya uduzan İspaniya FİFA-dan xüsusi mükafat alıb.

İspaniya millisi  təmiz oyuna görə DÇ-2018-in "feyr-pley" mükafatına  layiq görülüb. İspanlar doğrudan korrekt oynayan komandadır və yəqin çempionatda davam gətisəydilər də, bu mükafatı başqasına güzəştə getməzdilər. İspaniya üçün bu həm də bir motivasiyua, təskinlik olar.     

Mundialın "feyr-pley" mükafatına layiq görülən yığmanın hər oyunçusu medala, diploma və gənclər futbolunun inkişafı üçün nəzərdə tutulan 50 min dollara layiq görülür.

İlgili resim

Keyn bombardir oldu, amma...

DÇ-2018-in ən yaxşı bombardiri İngiltərə millisinin hücumçusu Harri Keyn oldu. Yığmanın kapitanı 6 qarşılaşmada 6 qol (3-ü penaltidən) vurub. "Tottenhem"in hücumçusu həqiqətən də mundialın qrup mərhələsində çox fəal idi. İngilislərin kapitanı həm Tunis, həm Panama ilə qrup oyunlarında 5 top vura bilmişdi. Amma "pley-off"da ondan gözlənilən oyun olmadı, Keyn meydanda "itdi". Cəmi bir qol vura bildi, yarımfinalda və üçüncülük uğrunda oyunda da qol sayını artıra bilmədi.            

Yada salaq ki, 2-6-cı pillələri hərəyə 4 qolla Denis Çerışev (Rusiya), Kilian Mbappe (Fransa), Romelu Lukaku (Belçika), Kriştiano Ronaldo (Portuqaliya) və Antuan Qrizmann (Fransa) bölüşdürüb.

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ile ilgili görsel sonucu

Qışda da çempionat olar?

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı noyabr və dekabr aylarında baş tutacaq.

Bununla əlaqədar gələn həftə Qətərin paytaxtı Dohada Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) İşçi Qrupunun iclası keçiriləcək. Bir aydan sonra isə turnirin noyabr və dekabr aylarında keçirilməsi ilə bağlı qərar Sürixdə, FİFA-nın icraiyyə komitəsi tərəfindən təsdiq ediləcək. Məlum olduğu kimi,  iqlim şəraiti səbəbindən 2022-ci il dünya çempionatının keçirilmə tarixinin dəyişdirilməsi bir neçə ildir ki nəzərdən keçirilirdi.

Bu qərarı dartışmağa indi həvəs yox, həm də bizim etirazımız nəyisə dəyişməz. Qışda çempionat yayda buz üstə hokkey oynamağa bənzəyir. Ərəblər bizi... yaxşı qışa saldılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31