Zaqrebdə Xorvatiya futbolçularını 300 mindən artıq insan qarşılayıb
17 İyul 2018 05:54 İdmanZaqrebdə Xorvatiyanın furbol üzrə milli komandasını 300 mindən artıq azarkeş qarşılayıb.
Trend-in məlumatına görə, şəhərin Ban Yosip Yelaçiç meydanında 110 minə yaxın insan, 200 minə yaxın isə futbolçuların avtobusunun keçdiyi avtomobil yollarının kənarlarında toplaşıb.
Polislərin məlumatına əsasən, azarkeşlər və idmançılara Dünya Çempionatında ü-ci yer tutmaları münasibəti ilə təbrik etmək istəyənlər səhər saatlarından meydanda toplaşmağa başlayıb.
Qeyd edək ki, Xorvatiya yığması Rusiyada futbol üzrə keçirilən Dünya Çempionatının finalında Fransa yığmasına 4:2 hesabı ilə məğlub olaraq gümüş medallara sahib olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31