"Qarabağ"ın Çempionlar Liqasındakı oyunu canlı yayımlanacaq
16 İyul 2018 13:48 İdman"Qarabağ"ın Çempionlar Liqasındakı oyunu canlı yayımlanacaq.
Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçında Tofiq Bəhramov adına Respublika stadionunda Sloveniyanın "Olimpiya" klubunu qəbul edəcək.
İyulun 18-i saat 21:00-da start götürəcək qarşılaşma "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Xatırladaq ki, Lyublyanadakı ilk oyun "Qarabağ"ın minimal hesablı qələbəsi ilə başa çatmışdı.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31