"Çelsi" baş məşqçisini istefaya göndərdi
13 İyul 2018 14:43 İdman"Çelsi" baş məşqçisi Antonio Konte ilə yollarını ayırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İtaliyalı mütəxəssis köməkçiləri ilə birgə istefaya göndərilib. Onu "Napoli"dən ayrılan Mauritsio Sarrinin əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, Antonio Konte "Çelsi"yə 2016-cı ildən rəhbərlik edirdi. Komanda onun rəhbərli altında 2016/17 mövsümündə İngiltərə çempionu, 2017/18 mövsümündə ölkə kubokunun sahibi olub.
Qaynarinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31