"Barselona" yeni transferini təqdim etdi
12 İyul 2018 18:44 İdman"Barselona" Braziliyanın "Qremio" klubundan aldığı Artur Ramosu ictimaiyyətə təqdim edib.
21 yaşlı yarımmüdafiəçinin təqdimat mərasimində azarkeşlər iştirak etməyiblər. "Nou-Kamp" stadionunda aparılan təmir işlərinə görə tərəfdarlar arenaya buraxılmayıblar.
Qeyd edək ki, "Barselona" transferi üçün 40 milyon avro ödədiyi Arturla 6 illik müqavilə bağlayıb. Kataloniya klubu gənc futbolçuya 400 milyon avro təzminat qiyməti qoyub.
Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31