Xorvatiya - İngiltərə matçının ən yaxşı futbolçusu xəstəxanaya çatdırılıb

Xorvatiya milli komandasının futbolçusu İvan Perişiç İngiltərə yığması ilə dünya çempionatının yarımfinal oyunundan sonra xəstəxanaya çatdırılıb.

Xorvatiya milli komandasının futbolçusu İvan Perişiç İngiltərə yığması ilə dünya çempionatının yarımfinal oyunundan sonra xəstəxanaya çatdırılıb.

29 yaşlı hücumçu diz oynağını müayinə etdirib. Müayinənin nəticələri məlum deyil. O, qol və məhsuldar ötürmə müəllifi olduğu oyunda həm də zədə alıb. Eyni zamanda Perişiç matçın ən yaxşı futbolçusu seçilib. 

İngiltərə ilə qarşılaşmanın əsas vaxtında 1:1 hesablı heç-heçə qeydə alınıb. Əlavə vaxtda isə Xorvatiya daha bir qol vuraraq adını finala yazdırıb. İyulun 15-də keçiriləcək həlledici görüşdə rəqib Fransa olacaq. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31