"Yuventus" Ronaldunun hər dəqiqədə bir formasını satıb

İtaliyanın "Yuventus" klubu yeni transferi Kriştianu Ronaldunun hər dəqiqədə bir futbolkasını satır.

İtaliyanın "Yuventus" klubu yeni transferi Kriştianu Ronaldunun hər dəqiqədə bir futbolkasını satır. 

Tələblərin xeyli çox olması üzündən klubun internet-maqazini işini dayandırıb. "Yuventus" atributlarının rəsmi satış nöqtələrində isə növbələr çoxalıb. Bir futbolkanın qiyməti orta hesabla 100 avrodur. Klub ən azı 1 milyon forma satmaq niyyətindədir. 

Qeyd edək ki, Kriştianu Ronaldunun İspaniya "Real Madrid"indən "Yuventus"a transferi iyulun 10-da açıqlanıb. Transfer məbləği 100 milyon avro olub. Bu vəsaiti "Yuve" 3 il ərzində ödəməlidir. Oyunçunun illik əmək haqqı isə 30 milyon avrodur.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31