DÇ 2018:Xorvatiya millisi tarixdə ilk dəfə finala yüksəldi
12 İyul 2018 06:29 İdmanRusiyada keçirilən futbol üzrə dünya çempionatında daha bir finalçı müəyyənləşib.
Xorvatiya yığması tarixində ilk dəfə həlledici görüşə vəsiqə qazanıb.
Zlatko Daliçin baş məşqçi olduğu komanda yarımfinalda İngiltərəni üstələyib. Hərçənd, hesabı 5-ci dəqiqədə britaniyalılar açıb. Kiran Trippye cərimə zərbəsindən topu tora göndərib. Lakin 68-ci dəqiqədə İvan Rakitiç bərabərlik qolunu vurub. Nəticədə əsas vaxt 1:1 hesabı ilə yekunlaşıb. Görüşün taleyi isə əlavə vaxtda həll olunub. 109-cu dəqiqədə Mario Mancukiç qələbə topunu vurub.
Beləliklə, iyulun 15-də keçiriləcək final görüşündə Xorvatiya yığması Fransa ilə üz-üzə gələcək. İyulun 14-də isə İngiltərə və Belçika milliləri 3-cü yer uğrunda görüşə çıxacaqlar.
DÇ-2018
11 iyul
22:00. Xorvatiya - İngiltərə - 2:1 (ƏLAVƏ VAXT - 1:0)
Qollar: İvan Perişiç, 68. Mario Mancukiç, 109 - Kiran Tripye, 5
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongun (hamısı Türkiyə), Byörn Kuypers (Hollandiya)
Moskva, "Lujniki" stadionu