"Arsenal" heyətinə yeni futbolçu cəlb edib. SİA-nın məlumatına görə, London təmsilçisi Fransa II Liqasında çıxış edən "Loryan"ın yarımmüdafiəçisi Matteo Qenduzini 7 milyon funt-sterlinq qarşılığında transfer edib. Fransalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçi 2016-cı ildən "Loryan"da çıxış edirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31