Bu gün DÇ-2018-in ilk finalçısı məlum olacaq
10 İyul 2018 09:56 İdmanBu gün DÇ-2018-də ilk finalçı bəlli olacaq. Apasport.az saytının məlumatıa görə, ilk yarımfinal matçında Fransa və Belçika yığmaları üz-üzə gələcəklər.
Mübarizəyə C qrupunda start verən Fransa 1/8 finalda Argentina, ardınca isə Uruqvayı məğlub edib. Belçika isə Yaponiya və 5 qat dünya çempionu Braziliyanı üstələyərək mübarizədən kənarlaşdırıb.
DÇ-2018
1/2 final
22:00 Fransa - Belçika
Baş hakim: Andres Kunya (Uruqvay)
Sankt Peterburq, "Sankt-Peterburq" stadionu
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31