DÇ-2018-in Xorvatiya-İngiltərə matçı Cüneyt Çakıra həvalə olunub

FİFA 2018-ci il dünya çempionatının Xorvatiya və İngiltərə komandaları arasında oynanılacaq yarımfinal matçının hakimlər briqadasını təyin edib.

FİFA 2018-ci il dünya çempionatının Xorvatiya və İngiltərə komandaları arasında oynanılacaq yarımfinal matçının hakimlər briqadasını təyin edib.

İyulun 11-də Moskvanın "Lujniki" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 22:00-da başlanacaq.

Qarşılaşmanı türkiyəli hakim Cüneyt Çakır idarə edəcək. Ona yan xətt hakimləri Bahəttin Duran və Tarık Onqun, həmçinin dördüncü hakim - hollandiyalı Byorn Kuypers köməklik edəcək.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31