Ukrayna şüarına görə millidən qovuldu
9 İyul 2018 18:48 İdmanXorvatiya Futbol İttifaqı yığmanın skautu Oqnyen Vukoyeviçi vəzifəsindən uzaqlaşdırıb.
Buna səbəb yığmanın sabiq yarımmüdafiəçisinin müdafiəçi Domaqoy Vida ilə birlikdə dünya çempionatının 1/4 final mərhələsində Rusiya üzərində qələbədən sonra sosial şəbəkədə paylaşdığı videodur.
Qeyd edək ki, Vida ilə Vukoyeviç videoda "Bu qələbə Ukrayna üçündür" deyiblər.
Xatırladaq ki, bu hərəkətinə görə FİFA Vidaya rəsmi xəbərdalıq edib.
Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31