"Neftçi" və Türk Hava Yolları arasında əməkdaşlıq müqaviləsi imzalanıb
"Neftçi" futbol klubu "Türk Hava Yolları" ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
9 İyul 2018 15:24 İdman"Neftçi" futbol klubu "Türk Hava Yolları" ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Sözləşmə 1 il müddətinə nəzərdə tutulub. Tədbirdə klubun prezidenti Kamran Quliyev, "Türk Hava Yolları"nın Bakı ofisinin rəhbəri Seyfulla İlyas, Regional marketinq meneceri İzzət Çələbi, futbolçulardan Ruslan Abışov, Baqali Dabo, Soni Mustivar və komandanın baş məşqçisi Roberto Bordin, həmçinin digər şəxslər iştirak ediblər.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31