"Qəbələ" - "Proqres" matçının biletləri satışa çıxarılır
Futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ" və Lüksemburqun "Proqres" komandaları arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılır.
9 İyul 2018 15:07 İdmanFutbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ" və Lüksemburqun "Proqres" komandaları arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılır.
Biletləri bu gün saat 17:00-dan etibarən Qəbələ şəhər stadionunun kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 30 manatdır.
Qeyd edək ki, iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31