"Qalatasaray"ın keçmiş futbolçusu İngiltərədə saxlanılıb
9 İyul 2018 14:39 İdmanTürkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu Emmanuel Ebue İngiltərədə saxlanılıb.
Kot divuarlı keçmiş müdafiəçi evləri yandırmaqda və hədə-qorxu gəlməkdə ittiham olunur. Onun müxtəlif şəxslərə hədə-qorxu məzmunlu məktublar göndərməkdə əlinin olduğu güman edilir.
Yaxınları Ebuenin psixi sağlamlığından ehtiyatlanırlar. O, hazırda maddi sıxıntılarla üz-üzədir.
Qeyd edək ki, Emmanuel Ebue əvvəllər Belçikanın "Beveren", İngiltərənin "Arsenal" və "Sanderlend" klublarında da forma geyinib. O, "Qalatasaray"da 2011 - 2015-ci illərdə çıxış edib. 2017-ci ilin sentyabrında Ebuedən HİV virusu aşkarlanıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31