Zlatan İbrahimoviç: "İsveç dünya çempionu ola bilər"

Zlatan İbrahimoviçsiz İsveç yığması dünya çempionatının 1/4 finalı çərçivəsində İngiltərə ilə oyuna hazırlaşır. 

37 yaşlı futbolçu millinin mundialdakı şanslarını dəyərləndirib: "Artıq 1/4 finaldayıq, emosiyalar aşıb-daşır. Üstünlük hisslərinə daha yaxşı hakim olan komandanın tərəfində olacaq. İsveç dünya çempionu ola bilər. Mundial başlamamışdan öncə də bunu demişdim. Güclü Meksikanı məğlub etdilər, ardınca İsveçrə bizimlə bacarmadı. Heç kimin gözləmədiyi halda, İsveç uğurla yoluna davam edir".

Qeyd edək ki, İsveç - İngiltərə oyunu iyunun 7-si keçiriləcək.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31