Rusiya prezidenti əfsanəvi futbolçularla görüşüb
Rusiya Prezidenti Vladimir Putin Kremldə futbol əfsanələri ilə görüşüb.
6 İyul 2018 13:58 İdmanRusiya Prezidenti Vladimir Putin Kremldə futbol əfsanələri ilə görüşüb.
Görüşdə məşhur futbolçular Xorxe Kampos, Lotar Matteus, Peter Şmeyxel, Dieqo Forlan, Aleksandr Skott, Zvonimir Boban və Marko van Basten iştirak ediblər.
Həmçinin FİFA prezidenti Canni İnfantino və Rusiya Futbol İttifaqının vitse-prezidenti Nikita Simonyan da Kremli ziyarət ediblər.
Görüşdə Rusiya prezidenti əfsanəvi futbolçuların mundialın qalibi barədə proqnoz verməsini istəyib. Putin qeyd edib ki, DÇ-2018 yaxşı keçir.
Qeyd edək ki, dünya çempionatına iyulun 15-də yekun vurulacaq.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31