DÇ-2018: Belçika Braziliya ilə bacaracaqmı? - FOTO

Bu gün futbol üzrə Dünya çempionatında 1/4 final mərhələsinə start veriləcək.Milli.Az xəbər verir ki, günün digər matçında Belçika və Braziliya münasibətlərinə aydınlıq gətirəcək.Xatırladaq ki, Braziliya 1/8 finalda Meksikanı 2:0, Belçika isə Yaponiyanı 3:2 hesabı ilə məğlub edib.Qeyd edək ki, bu komandalar dünya çempionatları tarixində ikinci dəfə üz-üzə gələcək. 2002-ci il mundialının 1/8 finalında Braziliya rəqibini 2:0 hesabı ilə üstələyib.Belçika dünya çempionatlarında Cənubi Amerika təmsilçiləri ilə 4 dəfə qarşılaşıb və bu matçların 3-də məğlub olub. Braziliya isə son üç mundialda Avropa təmsilçilərinə uduzaraq mübarizəni dayandırıb.

DÇ-2018 - 1/4 final

6 iyul

22:00. Braziliya - Belçika
Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Ceyr Marrufo (ABŞ).
Kazan. "Kazan Arena"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31