Stolüstü Tennis Federasiyası jurnalistlər üçün turnir keçirəcək
5 İyul 2018 11:36 İdmanStolüstü Tennis Federasiyası tərəfindən mətbuat nümayəndələri arasında 22 İyul Milli Mətbuat Gününə həsr olunmuş stolüstü tennis turniri təşkil ediləcək. Turnir 14 iyul 2018-ci il tarixində, saat 10:00-da "Şüa" idman sağlamlıq kompleksində start götürəcək. Yarışın qaliblərinə Federasiyanın diplom və mükafatları təqdim olunacaq.
İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, turnirdə iştirak etmək istəyən media nümayəndələri 10 iyul 2018-ci il tarixinədək 012 408 74 54 telefonuna zəng etməklə və ya [email protected] e-mail ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31