Yeni Şahmat məktəbinin açılış mərasimi keçirilib
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi ərazisində Şahmat Məktəbinin açılış mərasimi keçirilib.
5 İyul 2018 11:17 İdmanSuraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "D" yaşayış sahəsi ərazisində Şahmat Məktəbinin açılış mərasimi keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, şahmat məktəbi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilib.
2 mərtəbə və zirzəmi hissəsindən ibarət məktəbin tikilialtı sahəsi 333 m2, ümumi sahəsi isə 963 m2, həcmi 3724 m3 təşkil edir.
Şahmat Məktəbində şahmat tədrisi üçün sinif otaqları, yarışların keçirilməsi üçün yarış zalları, müəllimlər otağı, kitabxana, tədris üçün nəzərdə tutulan və xüsusi şahmat proqramları ilə təchiz edilmiş kompüter otağı, həkim otağı, inzibati otaqlar, mətbəx, sanitar qovşaqlar vardır. Məktəbdə eyni zamanda 70-80 nəfərin tədrisi üçün bütün imkanlar yaradılıb.
Bina tədris və yarışlar üçün nəzərdə tutulmuş elektron lövhələr, müvafiq inventar, avadanlıq və ləvazimatlarla tam təchiz edilib.