"Barselona"nın sabiq futbolçusu üçün qara ciyər qanunsuz yolla alınıb

İspaniya polisi "Barselona" klubunun sabiq prezidenti Sandro Rosellə bağlı istintaqa başlayıb. 

Polis əməkdaşları sabiq funksionerin telefon danışıqlarını tutublar.Rosell 2012-ci ildə Kataloniya klubunun sabiq futbolçusu Erik Abidala küçürülən qara ciyərin qanunsuz yolla alındığını etiraf edir. Rəsmi olaraq, futbolçunun donoru onun Jerar adlı əmisi oğlu olub. Anonimliyi qorumaq məqsədilə onun haqqında heç bir məlumat verilməyib. 

Rosellin günahının sübuta yetirilməsi üçün bütün sənədlər məhkəməyə təqdim olunub. Sabiq prezident çirkli pulların yuyulması iddialarına görə, 2017-ci ildən həbsdədir. 

Qeyd edək ki, Erik Abidalın qara ciyərində 2011-ci ildə xərçəng aşkarlanıb. Onun 2012-ci ildə əməliyyatı uğurlu olub. Fransa millisinin sabiq futbolçusu hazırda "Barselona"nın texniki direktorudur. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31