DÇ-2018-in 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib
4 İyul 2018 05:47 İdmanBu gün keçirilən İngiltərə-Kolumbiya matçından sonra futbol üzrə Dünya çempionatı-2018-in ¼ final mərhələsinin bütün cütləri müəyyənləşib.
Moskvanın "Spartak" arenasında keçirilən 1/8 final görüşünün əsas hissəsi 1:1 hesabı ilə başa çatıb.
Oyuna əlavə olunmuş dəqiqələrdə qapılara qol vurulmadığından, qalibi 11 metrlik cərimə zərbələri ilə müəyyən etmək lazım gəlib. Penaltilər seriyasında isə ingilislər 4:3 hesabı ilə qalib gələrək ¼ finala çıxıblar. Bu mərhələdə onların rəqibi İsveç millisi olacaq.
DÇ-2018 - final mərhələsi. 1/8 final
Kolumbiya - İngiltərə - 1:1, penaltilər seriyası - 3:4
Qollar: 0:1 - Keyn - 57 (pen), 1:1 - Mina - 90+3
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31