Qədir Hüseynov İspaniya şahmat turnirinin reytinq-favoritidir
Sabah İspaniyanın Barbera-del-Valyes şəhərində 41-ci şahmat festivalı start götürəcək. Open “A” turnirində 18 ölkədən 89 şahmatçı, o cümlədən 17 qrossmeyster iştirak edəcək.
3 İyul 2018 15:04 İdmanSabah İspaniyanın Barbera-del-Valyes şəhərində 41-ci şahmat festivalı start götürəcək. Open "A" turnirində 18 ölkədən 89 şahmatçı, o cümlədən 17 qrossmeyster iştirak edəcək.
Azərbaycan qrossmeysteri Qədir Hüseynov (2654) turnirin reytinq-favoritidir. İkinci yerdə Reynaldo Ortiz Suarez İsan gəlir. Üçüncü yerdə 2545 reytinq əmsalı ilə Azərbaycan təmsilçisi Namiq Quliyev qərarlaşıb.
Şahmat turniri İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31