Azərbaycanda futbol oyunu zamanı kütləvi intizamsızlıq baş verib
3 İyul 2018 13:22 İdmanAzərbaycan Həvəskarlar Liqasında Masallının "Ümüd" və Lənkəranın "Liman" komandaları arasında keçirilmiş yarımfinal matçında qalmaqal baş verib.
61-ci dəqiqədə "Ümüd"ün futbolçusu Əli Quliyev hakimi təhqir etdiyi üçün meydandan kənarlaşdırılıb. 68-ci dəqiqədə isə bu komandanın digər futbolçuları kütləvi intizamsızlıq göstərərək hakimlər briqadasını təhqir ediblər. Onlar ədalət təmsilçilərinə fiziki təzyiq göstərməyə cəhd ediblər.
Oyunun bərpası mümkün olmadığından və matç yarımçıq dayandırıldığından, AFFA İntizam Komitəsi tərəfindən "Ümüd"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.Bu hal yenidən təkrarlanacağı təqdirdə, kluba qarşı daha ağır sanksiya tətbiq ediləcək. Quliyev isə 4 oyunluq cəzalanıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31