DÇ-2018: Ukrayna Futbol Federasiyasının sabiq prezidenti Rusiya yığmasına azarkeşlik edir

Vaxtilə Bakının "İnter" (indiki "Keşlə") klubunun baş məşqçisi vəzifəsində çalışmış Ukrayna Futbol Federasiyasının sabiq prezidenti Anatoli Konkov dünya çempionatında Rusiya yığmasına azarkeşlik edir.

Bu barədə ötənlərin tanınmış futbolçusunun həyat yoldaşı Mariya Konkovanın sosial şəbəkədə paylaşdığı videoçarxda bildirilir. Həmin videoda A.Konkov Rusiya millisinin 1/8 finalda İspaniya üzərində penalti seriyasında qələbəsini belə şərh edir: "Mən Rusiya yığmasına azarkeşlik etmişəm, edirəm və edəcəyəm. Mən və bütün dostlarım".

Konkov 2004 - 2006-cı illərdə "İnter"in, 2012-ci il sentyabrın 2-dən 2015-ci il yanvarın 23-dək FFU prezidenti olub.

Qeyd edək ki, DÇ-2018-in 1/4 final matçında Rusiya yığması Xorvatiya ilə qarşılaşacaq. Görüş iyulun 7-də Soçidə keçiriləcək. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31