Yaponiyalı azarkeşlər Belçika ilə oyundan sonra oturduqları yeri təmizləyiblər
3 İyul 2018 11:00 İdmanYaponiya milli komandasının azarkeşləri Belçika yığması ilə dünya çempionatının 1/8 final matçından sonra da tribunada özlərinin oturduqları hissədəki zibilləri toplayıblar.
"Report"un məlumatına görə, asiyalı fanatlar qrup oyunlarından başlanan ənənəvi təmizlik işlərini bu görüşün ardından da davam etdiriblər. Yaponiya qrup oyunlarını Saransk, Yekaterinburq və Volqoqradda, 1/8 final görüşünü Rostovda keçirib. "Gündoğar ölkə" təmsilçisi ikinci hissənin əvvəllərində hesabda 2:0 öndə olduğu halda, uzatma dəqiqələrində buraxdığı qolla uduzub - 2:3. Lakin son dəqiqə üzüntüsü də yaponiyalı azarkeşləri ənənələrindən əl çəkməyə sövq etməyib.
Qeyd edək ki, Belçika 1/4 finalda Braziliya ilə qarşılaşacaq.
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31