“Bavariya” yeni baş məşqçisini təqdim etdi
2 İyul 2018 17:24 İdman"Bavariya" yeni baş məşqçisi Niko Kovaçı ictimaiyyətə təqdim edib.
Xorvatiyalı mütəxəssisin təqdimat mərasimi bu gün keçirilib.
Tədbirdə Kovaç təəssüratlarını bölüşüb: "Yenidən burdayam. "Bavariya"nın məni seçdiyinə görə xoşbəxtəm. Bütün futbolçuların inkişaf etməsini və klubun məqsədinə çatmasını hədəf seçmişik".
Kovaç sentyabrın 1-dən yeni işinə başlayacaq.
Qeyd edək ki, 46 yaşlı mütəxəssis son olaraq "Ayntraxt"ı (Frankfurt) çalışıdırıb.
Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31