“Xocalıya Ədalət” şüarı altında kikboksinq yarışı keçirilib

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi, Xocalı Idman klubunun təşkilatçılığı ilə Şağan Olimpiya idman kompleksində “Xocalıya Ədalət” şüarı altında Xocalı kuboku kikboksinq yarışı keçirilib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi, Xocalı Idman klubunun təşkilatçılığı ilə Şağan Olimpiya idman kompleksində "Xocalıya Ədalət" şüarı altında Xocalı kuboku kikboksinq yarışı keçirilib.

"OLAYLAR"-a daxil olan məlumata görə, kadetlər, yeniyetmələr və gənclər arasında keçirilən yarışda 20 komandanın tərkibində 200- ə yaxın idmançı mübarizəyə qoşulub. Tədbir haqqında məlumat verən Xocalı Idman klubunun prezidenti, kikboksinq üzrə beş qat dünya çempionu Ehram Məcidov bildirib ki, Xocalı idman klubu olaraq yarandığı gündən etibarən Xocalıdan olan uşaqların sağlam ruhda böyümələri üçün var gücləri ilə çalışırlar:"Klubumuzun onlarla Respublika və Avropa çempionları var. Onların gələcəklərinə çox böyük ümid bəsləyirik. İnanıram ki, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın dünyada başlatdığı Xocalıya Ədalət kampaniyasının bir parçasına çevrilərək səsimizi dünyaya çatdıracağıq. Prezident Ilham Əliyevin beynəlxalq miqyasda apardığı uğurlu siyasətə idmançılar, idman camiyəsı olaraq dəstəyimizi verməyi özümüzə borc bilir, bu yolda qətiyyətlə addımlayırıq". Klubun vitse prezidenti Tural Alışanlı isə çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin ölkədə idmana göstərdiyi diqqət və qayğıdan bəhs edib, hamını Xocalıya Ədalət deməyə səsləyib. Dünya və Avropa çempionu, məşqçi Emil Hacıyev söyləyib ki, belə bir möhtəşəm yarışların keçirilməsi gənc nəsldə vətənpərvərlik ruhunu aşılamaqla yanaşı, onları sağlamlığa dəvət edir. İdman sağlamlıqdır, sağlamlıq olan yerdə isə parlaq gələcək olar.

Qeyd edək ki, yarışın fəxri kubokunu Xocalı kikboksçuları qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31