Ronaldo da evə qayıdır: Uruqvay "DÇ-2018"in 1/4 finalında
1 İyul 2018 00:39 İdmanRusiyada keçirilən futbol üzrə Dünya Çempionatı çərçivəsində ikinci 1/8 final oyunu keçirilib.
Trend-in məlumatına görə, "Fişt" stadionunda baş tutan oyunda Uruqvay və Portuqaliya yığmaları qarşılaşıb. Oyun cənubi amerikalıların 2:1 hesablı qələbələri ilə başa çatıb.
Oyunda ilk qolu 7-ci dəqiqədi Edinson Kavani vurub. Portuqaliya hesabı 55-ci dəqiqədə bərabərləşdirib. Hücumçuların edə bilmədiyini müdafiəçi Pepe edib - 1:1.
İkinci hissənin 62-ci dəqiqəsində Kavani dubla imza atıb və komandasının qələbə qolunu vurub.
Beləliklə, Uruqvay millisi ¼ final mərhələsinə yüksəlib. ¼ finalda Uruqvayın rəqibi Fransa yığması olacaq. Komandalar arasında matç iyulun 6-da 18:00-da keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31