Azərbaycan millisinin baş məşqçisi vəfat etdi
30 İyun 2018 23:06 İdmanParataekvondo üzrə Azərbaycan milli komandasının baş məşqçisi, əməkdar məşqçi Əvəz Tağıyev vəfat edib.
Bu barədə Publika.az-a Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildiriblər. Qeyd olunub ki, Ə.Tağıyev uzun müddət xəstəlikdən əziyyət çəkib.
56 yaşlı məşqçi I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, taekvondoçu Ayxan Tağızadənin atası idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31