Ukrayna klubu "Beşiktaş"ın qapıçısını heyətinə qatıb

Türkiyənin "Beşiktaş" klubunun qapıçısı Denis Boyko karyerasını Ukraynanın "Dinamo" klubunda davam etdirəcək. 

30 yaşlı qolkiper yeni klubu ilə 5 il müddətinə müqavilə imzalayıb. 

O, 2017-2018 mövsümündə icarə əsasında Ukrayna təmsilçisində çıxış edib. 

Qeyd edək ki, Denis Boyko 2015-ci ildən "Beşiktaş"ın şərəfini qoruyub.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31