"Oruc tutmaq misirli futbolçulara təsir etdi" - prezident
29 İyun 2018 17:15 İdmanMisir Futbol Federasiyasının prezidenti Hani Abo Rida millinin DÇ-2018-dəki uğursuz çıxışı səbəbləri haqda danışıb.
O deyib ki, futbolçuların oruc tutması mundialdakı çıxışlarına təsir edib: "Dünya çempionatından əvvəl onlara oruc tutmamaları üçün danışdım, ancaq bunu rədd etdilər. Uruqvayla matçdan bir gün əvvəl Ramazan ayı başa çatdı. Oruc da futbolçuların oyununa təsir etdi".
Qeyd edək ki, Misir DÇ-2018-də A qrupunu 1 xal belə qazanmadan sonuncu pillədə başa vurub.
Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31