Marselonu otelin döşəyi zədələyib?
28 İyun 2018 18:08 İdmanBraziliya millisinin həkimi Rodriqo Lasmar ötən gün zədələnən Marselonun durumu haqda danışıb.
O, hazırda müdafiəçinin özünü yaxşı hiss etdiyini deyib: "Marselonun onurğaətrafı əzələsində ağrı var idi. İndi yaxşıdır. Fizioterapevtik proseslər bir qədər kömək edib. Durumu haqda sabah daha dəqiq danışa bilərik".
R.Lasmar marselonun zədəsi ilə bağlı maraqlı iddia irəli sürüb: "Zədənin əsas səbəbini başa düşmək çətindir. Bu, köhnə zədədir. Marselonun əvvəl də belində problemi olub. Otelin döşəyi normadan çox yumşaqdır. Ola bilər ki, buna görə Marselonun beli ağrıyıb".
Xatırladaq ki, Marselo DÇ-2018-in 3-cü turunda Serbiya ilə oyunun 10-cu dəqiqəsində zədələnərək oyunu yarımçıq tərk edib.
Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31