Meksikalı futbolçu 15 saniyəyə tarixə düşdü

Dünya çempionatının F qrupunun son matçında İsveçlə Meksika üz-üzə gəlib.

Qarşılaşmanın ilk saniyələrində tarixi bir an yaşanıb.

Belə ki, Meksikanın futbolçusu Xesus Qalyardo matçın 15-ci saniyəsində rəqibinə etdiyi cərimə ilə sarı vərəqə alıb.

Bu mundial tarixində ən erkən sarı vərəqə olub.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31