Azərbaycan millisi Avropa çempionatına 8 cüdoçu ilə yollanacaq

İyulun 18-də Rusiyanın Yekaterinburq şəhərində qarışıq komandalar üzrə Avropa çempionatı keçiriləcək. Yarışa Azərbaycan yığması da qatılacaq.

Çempionatda ölkəmizi Telman Vəliyev (73 kq), Tural Səfquliyev (90 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +90 kq), İçinxorlu Munxtsedev (57 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi 70 kq) və İrina Kindzerska (+70 kq) təmsil edəcəklər.

Yarışa ümumilikdə 21 ölkədən 166 (84 kişi, 82 qadın) cüdoçu qatılacaq.

Qeyd edək ki, yarışda kişilər 73 kq, 90 kq, +90 kq, qadınlar 57 kq, 70 kq və +70 kq çəki dərəcələrində mübarizə aparacaqlar.

Apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31