İsrail İranla futbol matçı keçirmək istəyir

"İstərdim ki, futbol üzrə İsrail yığması Tehranda İran millisi ilə oynasın".

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu öz videomüraciətində bildirib.

"Bilirsiniz, Kriştianu Ronaldunu dayandırmaq necə çətindir? Mən bir zamanlar futbol oynayırdım və deyə bilərəm, bu, demək olar ki, qeyri-mümkündür. Amma İran yığması mümkün olmayanı bacardı",- İsrailin baş naziri bildirib.

O, çıxışında siyasi məqamlara da toxunaraq bildirib ki, İran millisi meydanda göstərdiyi cəsarətini İran xalqı küçələrdə də göstərməlidir ki, hökumət Yaxın Şərq regionunda lazımsız müharibələrə pul ayırmasın.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31