Dünya çempionlarını kim lənətləyib? - Alman faciəsində ŞOK DETAL - VİDEO
28 İyun 2018 06:53 İdmanFutbol üzrə dünya çempionatının F qrupunda III tur qarşılaşmalarına yekun vurulması ilə turnirin ilk sensasiyası reallaşdı.
Publika.az xəbər verir ki, son dünya çempionu Cənubi Koreyaya 0:2 hesabı ilə uduzaraq evə bilet sifariş veriblər.
Dördqat dünya çempionu 1938-ci ildən sonra ilk dəfə çempionatı qrup mərhələsində başa vurub. Almaniyanın çempionatı qrup mərhələsində başa vurmaqla həmçinin son çempionların tuş gəldiyi lənətdən yaxa qurtara bilməyib.
Belə ki, 1998-ci ildən sonra keçirilən dünya çempionatlarında son çempionlar adətən qrupdan çıxa bilmirlər.
Fransa 1998-ci ildə çempion oldu, lakin 2002-ci ildə turnirlə qrup mərhələsində vidalaşdı. 2006-cı ildə çempion İtaliya da 2010-cu ildə eyni taleyi yaşayıb. 2010-cu ilin çempionu İspaniya da 2014-cü il dünya kubokunda yarışı qrup mərhələsində yekunlaşdırıb. Və son çempion Almaniya da bu tilsimi sındıra bilmədi.
Yalnız 2002-ci ilin çempionu Braziliya bu şanssızlığı yaşamayıb.