DÇ-2018: Növbəti iki 1/8 final cütlüyü müəyyənləşib

DÇ-2018-də növbəti 1/8 final cütlükləri müəyyənləşib.Apasport.az saytının məlumatına görə, bu, F və E qrupunda mübarizəyə yekun vurulduqdan sonra olub.Belə ki, F qrupunda 1-ci yeri tutan İsveç E qrupunun ikincisi İsveçrə ilə üz-üzə gələcək. F qrupunun ikincisi Meksika isə E qrupunda lider olan Braziliya ilə 1/4 final uğrunda yarışacaq.Qeyd edək ki, Braziliya - Meksika matçı iyulun 2-də, İsveç - İsveçrə qarşılaşması isə ondan bir gün sonra keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31