Beynəlxalq Ağırlıqqaldırma Federasiyası erməni idmançıya 4 illik cəza verib
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) erməni idmançısı Hripsime Xurşudyanı bütün yarışlardan kənarlaşdırıb.
27 İyun 2018 19:01 İdmanBeynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) erməni idmançısı Hripsime Xurşudyanı bütün yarışlardan kənarlaşdırıb.
Atlet qadağan olunmuş maddələrdən istifadə etdiyinə görə 4 illik diskvalifikasiyaya məruz qalıb.
Onun cəzası 2016-cı il iyunun 17-dən hesablanacaq və 2020-ci il iyunun 17-də başa çatacaq.
Qeyd edək ki, H.Xurşudyanın 2012-ci il London olimpiadasındakı bürünc medalı da əlindən alınıb. O, dopinqdən istifadə etdiyinə görə 2016-cı ildəki Rio Olimpiya Oyunlarında iştirakdan məhrum edilib.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31