Maradonadan açıqlama: "Səhhətim qaydasındadır"

Argentinanın dünyaca məşhur olan keçmiş futbolçusu Dieqo Maradonanın Argentina ilə Nigeriya arasında keçirilən oyundan sonra xəstəxanaya yerləşdirildiyi xəbəri yayılmışdı.

Argentinanın dünyaca məşhur olan keçmiş futbolçusu Dieqo Maradonanın Argentina ilə Nigeriya arasında keçirilən oyundan sonra xəstəxanaya yerləşdirildiyi xəbəri yayılmışdı.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, Maradona haqqında yayılan xəbərləri sosial şəbəkə hesabından inkar edib. 

Əfsanəvi Maradona bildirib: "Hamıya demək istəyirəm ki, səhhətim qaydasındadır və mən xəstəxanaya yerləşdirilməmişəm. Oyun zamanı boynumda güclü ağrılar var idi və başım fırlanırdı. Matçda fasilə zamanı həkim mənə baxdı. O, mənə ikinci hissədə oyunu tərk etməyi məsləhət gördü. Amma mən qalmaq istəyirdim. Çünki bu matç mənim üçün çox önəmli idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31