"Neftçi" - "Uypeşt" matçının başlama saatı açıqlanıb

"Neftçi" və Macarıstanın "Uypeşt" komandaları arasındakı Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu və başlama saatı müəyyənləşib.

İyulun 12-də təşkil olunacaq qarşılaşma saat 21:00-da start götürəcək. Matç Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək.

Qeyd edək ki, hələlik UEFA cavab görüşünün başlama saatını açıqlamayıb. "Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31